AA 20250213 37047426 37047411 LUBNAN TAHRANDAN BEYRUTA HAREKET ETMESI BEKLENEN UCAGA IZIN VERMEDI

“Hizbullah” təşkilatının tərəfdarları hərəkatın keçmiş lideri Həsən Nəsrullahla vida mərasimi üçün Beyrutun cənub kənarındakı stadiona toplaşıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, əsas yollar bağlanıb. Həmçinin hərbçilər və polislər yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Dəfn mərasimində İranın xarici işlər naziri Abbas Araqçı və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın iştirakı gözlənilir.

Xatırladaq ki, Həsən Nəsrullah 2024-cü ilin sentyabrın 27-də Beyrutun cənubunda İsrailin hücumları zaman öldürülüb. Onun bu gün dəfn ediləcəyi bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: