naim qasim

“İsrailin Livan ərazisindəki mövcudluğuna son qoyulana qədər mübarizəni dayandırmayacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu “Hizbullah” lideri Naim Qasım deyib:

“İşğala son qoymaq üçün mübarizəni davam etdirəcəyik. Ən ağır şəraitdə belə döyüş meydanını tərk etmədik və bundan sonra da belə olacaq”, – deyə o bildirib.

Naim Qasım İsrailLivan arasında Vaşinqtonda əldə olunan çərçivə sazişini kəskin tənqid edərək onu alçaldıcı, rüsvayçı və ölkənin suverenliyindən imtinaya sürükləyən sənəd kimi qiymətləndirib. Onun sözlərinə görə, bu razılaşma etibarlı deyil və tərəflər İranla ABŞ arasında imzalanan qarşılıqlı anlaşma memorandumunun müddəalarına əməl etməlidirlər.

“Biz bütün qanuni vasitələrdən, o cümlədən beynəlxalq ictimaiyyətin və ərəb ölkələrinin təzyiqindən istifadə edərək İsrailin memorandumun ilk bəndini yerinə yetirməsinə və qoşunlarını Livan ərazisindən çıxarmasına nail olmağa çalışacağıq”, – deyə Qasım vurğulayıb.

Qeyd edək ki, İsrailLivan ötən gün Vaşinqtonda qarşıdurmanın dayandırılmasına yönələn çərçivə sazişi imzalayıb. Sənəddə “Hizbullah”ın silahsızlaşdırılması da əsas müddəalardan biri kimi yer alır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: