Hizbullah İsrail kazarmalarına hücum etdi: ölənlər var

Hizbullah Livanın cənubundakı sərhəd bölgələrindən İsrailin iki hərbi kazarmasına hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, Şomera və Hənitə yaşayış məntəqələrindəki kazarmaları raketlə vurulub.

Əməliyyat nəticəsində ölən və yaralananların olduğu bildirilib.