Hipermarketdə öldürülən şəxsin FOTOSU

 

Globalinfo.az Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən Həsənov Rüfət Rahib oğlunun fotosunu əldə edib.

***13:25

Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.

Globalinfo.az xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.

Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib.

Malik
Globalinfo.az