Hindistanlı milyarder dünyanın ən varlı adamı oldu

Hindistanlı sənayeçi Qautam Adami yenidən dünyanın ən varlı şəxsləri siyahısında 1-ci yerdədir.

Globalinfo.az-ın oxu.az-a istinadən xəbərinə görə, belə ki, “Adani Group” şirkətlərinin səhmləri son 3 ticarət günündə güclü artım nümayiş etdirib. Nəticədə, Adaninin sərvətində böyük bir sıçrayış olub. Qautamın varidatı təkcə son 24 saat ərzində 9 milyard dollardan çox artıb.

Xatırladaq ki, 2022-ci ilin son günlərində də Qautam Adani “Forbes”in siyahısında ilk yerdə qərarlaşmışdı.