Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.
Globalinfo.az bu barədə ISRO-nun X hesabında məlumat paylaşılıb.
Bildirilib ki, çəkisi 2274 kiloqram olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.