Hikmət Hacıyevin Araiklə bağlı çıxışı gündəm oldu – VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Vətən müharibəsi zamanı Araik Arutyunyanla bağlı dediyi sözlər yenidən gündəm olub.

Globalinfo.az xəbər verir ki, H.Hacıyevin mətbuat konfransında Arutyunyanın Gəncəyə edilən hücuma görə cəzasını aldığını bildirir.

“Araik Arutyunyan, sən ön xətdə deyildin, bunkerdə gizlənmişdin. Azərbaycan Silahlı Qüvvələri səni bunkerdə tapdılar. Dəqiq endirilmiş zərbə nəticəsində o yaralıdır. Gəncəyə və Azərbaycanın digər şəhərlərinə qarşı tərdilmiş bütün cinayətlərə görə cəzanı aldın. Sənin kimi digər müharibə cinayətkarları da öz layiqli cəzalarını alacaqlar”, – bildirib.