Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış ekspert Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib.

Globalinfo.az xəbər erir ki, Hikmət Hacıyev “Twitter“dəki paylaşımında Arye Qutun Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdığını qeyd edib:

“Əziz dost Arye Rəşid Qut, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbr versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”.