Hidrometeorologiya Xidmətindən sürücülərə xəbərdarlıq

 

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu haqda Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, oktyabr ayının 17-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.