HHM bölmələrimiz “düşmən”i məhv etdi – VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

“Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib”, – məlumatda qeyd edilib.
HHM bölmələrində döyüş atışları icra olunub - VİDEO HHM bölmələrində döyüş atışları icra olunub - VİDEO