Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair sanitariya norma və qaydaları təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qeyd olunur ki, yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair sanitariya norma və qaydaları qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə yem məhsuluna məqsədli şəkildə əlavə olunmayan, lakin yemlərin istehsalı, emalı, saxlanması və daşınması zamanı çarpaz çirklənmə nəticəsində heyvanmənşəli qida məhsullarına keçə bilən koksidiostat və ya histomonostatların yol verilən maksimum miqdarını müəyyənləşdirir.
Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yolverilən maksimum miqdarı
| Koksidiostat və ya histomonostatlar | Qida məhsulunun adı | YMM, µq/kq yaş çəki |
| Natrium lazalosid | Ev quşları və iribuynuzlu heyvandan başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| süd | 1 | |
| qaraciyər | 50 | |
| böyrək | 20 | |
| digər | 5 | |
| Narazin | Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| yumurta | 2 | |
| süd | 1 | |
| qaraciyər | 50 | |
| digər | 5 | |
| Natrium salinomisin | Ətlik toyuq və ətlik dovşandan başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| yumurta | 3 | |
| qaraciyər | 5 | |
| digər | 2 | |
| Natrium monensin | Ətlik toyuq, hind quşu və iribuynuzlu heyvandan (südlük mal-qara daxil olmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| qaraciyər | 8 | |
| digər | 2 | |
| Semduramisin | Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları; | 2 |
| Maduramisin | Ətlik toyuq və hind quşudan başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| yumurta | 12 | |
| digər | 2 | |
| Robenidin | Ətlik toyuq, hind quşu, ətlik və damazlıq dovşandan başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| yumurta | 25 | |
| qaraciyər, böyrək, dəri və piy | 50 | |
| digər | 5 | |
| Dekokvinat | Ətlik toyuq, iribuynuzlu heyvan və qoyundan (südlük heyvanlar istisna olunmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları; | 20 |
| Halofuginon | Ətlik toyuq, hind quşu və iribuynuzlu heyvandan (südlük mal-qara istisna olunmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| yumurta | 6 | |
| qaraciyər və böyrək | 30 | |
| süd | 1 | |
| digər | 3 | |
| Nikarbazin | Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| yumurta | 300 | |
| süd | 5 | |
| qaraciyər | 300 | |
| böyrək | 100 | |
| digər | 50 | |
| Diklazuril | Ətlik toyuq, ətlik hind quşu, firəng toyuğu, ətlik və damazlıq dovşan, gövşəyən heyvanlar və donuzdan başqa digər heyvanlardan alınan qida məhsulları: | |
| yumurta | 2 | |
| qaraciyər və böyrək | 40 | |
| digər | 5 |