6a2446b3 cb18 4f33 aeb4 2e18d00ab0a2

Aprelin 19-da saat 22:00 radələrində Kiyev səmasında parlaq obyekt müşahidə edilib.

Globalinfo.az xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri general-polkovnik Sergey Popko bunun NASA-nın Yerə düşən peyki olduğunu, dağıntıların yerə düşməsinin qarşısının alınması üçün hava həyəcanı elan edildiyini bildirib.

Lakin NASA bu məlumatı təkzib edərək, müddətini başa vurmuş tədqiqat peyki “RHESSI”nin Yer atmosferinə daha sonra girəcəyini və digər bütün peyklərin orbitdə olduğunu açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: