heyder eliyev

AzTV Ümummilli lider Heydər Əliyevlə bağlı nadir kadrlar nümayiş etdirib.

Globalinfo.az xəbər verir ki, ilk dəfədir göstərilən görüntülər Ulu öndərin Vyetnama səfəri zamanı lentə alınıb.

Verilişdə bildirilib ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının prezidenti Ho Şi Min Azərbaycan Sovet Respublikasına səfər edib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev isə 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz, bu iki mühüm hadisə ölkələrimiz arasında əməkdaşlığın inkişafının əsas təməli sayılır.

Vyetnamda neft sənayesinin qurulmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri var:

“1983-cü ildə ümummilli liderin başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə səfərdə olur. Səfər zamanı ümummilli lider Vyetnam və sovet, o cümlədən Azərbaycanın neft mütəxəssisləri ilə görüşmək məqsədilə bu ölkənin neft sənayesinin mərkəzi olan Vunq Tau şəhərinə də baş çəkir.

Ulu Öndərin səfəri Vyetnam dövləti və xalqının müstəqillik və suverenliyin qorunmasının gücləndirilməsi yolunda tarixi bir addım oldu”.

Ulu öndər Heydər Əliyevin 42 il əvvəl Vyetnama səfəri ilə bağlı kadrları təqdim edirik.

Paylaş: