8121babe a854 3d5c a51b 0016577f80c3 825

Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxaq turnirdə ilk yarımfinalçılar müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, A qrupunun son turunda OKMK (Özbəkistan) və “Kür” (Azərbaycan) komandaları qarşılaşıblar.

Daha inamlı oyun numayiş etdirən Özbəkistan təmsilçisi 31:25 hesabı ilə qələbə qazanıb.

Bu nəticəyə əsasən OKMK qrup lideri, “Kür” isə ikinci pillənin sahibi kimi yarımfinala yüksəlib.

Paylaş: