heyder eliyev

Ümummilli lider Heydər Əliyevin medianın dövlət sistemində rolu ilə bağlı 1995-ci ilin noyabrında dediyi fikirlər yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, o, “Çeşmə” satirik qəzetinin əməkdaşlarını əfv etməsi ilə bağlı danışarkən mühüm məqamlara toxunub.

Heydər Əliyev qeyd edib ki, sağlam müxalifət, eləcə də əsaslı tənqidi fikirlər hər bir ölkədə nöqsanların aradan qaldırılmasında rol oynaya bilər:

Tənqid lazımdır. Müxalifət hakimiyyəti tənqid edə bilər və etməlidir. Müxalifət olmalıdır. Biz tənqidsiz yaşaya bilmərik. Müxalifət qəzetlərində, yaxud dövlət qəzetlərində, başqa jurnalistlərin tənqidi fikirlərini mən çox hörmətlə qarşılayıram. Çünki hər bir tənqidi fikirdə müəyyən bir nöqsanın aşkara çıxmasına və onun düzəldilməsinə şərait yaranırsa, bu bizə köməkdir.

Ancaq tənqidin həddini keçib böhtanla məşğul olmaq və təhqirə keçmək heç bir kəsə yaramaz. Həqiqətən, jurnalistlər də gərək çalışsınlar ki, özləri özlərini hörmətdən salmasınlar. Gərək jurnalistlər tərbiyəli, ziyalı jurnalistlər olsun, hər şeyin həddini həqiqətən bilənlər olsun. Cılızlıqla, yaxud böhtanla hansısa bir sözün kəsərini artırmaq, yaxud hansı bir yalanla, təhqirlə dediyi sözün kəsərini artırmaq mümkün deyil”.

Paylaş: