eliyev musahibe

Mərhum prezident, ümummilli lider Heydər Əliyevin erməni jurnalistlə dialoqu sosial şəbəkələrdə gündəm olub.

Globalinfo.az xəbər verir ki, həmin görüntülərdə H.Əliyev jurnalistə xəritədə Ermənistan ərazisi olduğu iddia edilən yerlərin Azərbaycan torpağı olduğunu xatırladır.

Sitat: “Əgər tarixi faktları araşdırsaq, o zaman indi Ermənistan ərazisi hesab olan hissələr də vaxtilə Azərbaycana məxsus olub. Bu hissə Zəngəzur adlanır (xəritədə göstərir – red). Bura vaxtilə Azərbaycana məxsus olub. 1918-20-ci illərdə isə Ermənistana daxil edildi. Ona görə də tarixə nəzər yetirsək, Ermənistanın çox hissəsi Azərbaycana qaytarılmalıdır. Dediyim odur ki, biz indiki sərhədlərə əsaslanaraq Ermənistan ərazisinə iddia etmirik. Lakin ərazimizin bir qarışını verməyə də razı ola bilmərik”.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: