Kreml Bakının sevincinə şərikdir – Peskovdan maraqlı çıxış

Sovet və Azərbaycan dövlət xadimi Heydər Əliyev SSRİ-nin, Azərbaycanın və Rusiya-Azərbaycan münasibətlərinin tarixinə düşmüş qeyri-adi şəxsiyyət olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Mayın 10-da Azərbaycanın üçüncü Prezidenti Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Peskov qeyd edib ki, Kreml azərbaycanlı dostları ilə birlikdə bu tarixin sevincini bölüşür.

“Bu, bir vaxtlar ümumi ölkəmizin tarixinə, müasir Azərbaycan tarixinə və müasir Rusiya-Azərbaycan münasibətlərinin tarixinə əbədi həkk olmuş tamamilə qeyri-adi şəxsiyyətdir…və təbii ki, biz Heydər Əliyevin oynadığı rolun xatirəsini qoruyub saxlayırıq”, – Peskov vurğulayıb.