Heydər Əliyev Avrasiyanın nümunəvi dövlət xadimi olub – ABŞ ekspertləri

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Avrasiya və Azərbaycanın nümunəvi dövlət xadimi olub.

Globalinfo.az  xəbər verir ki, bu barədə Trend-ə amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib.

“O daima demokratik institutların formalaşmasının və Trans-Atlantik iqtisadi ittifaqlarının yaradılmasının tərəfdarı olub. Heydər Əliyev müasir Azərbaycanın banisi olmaqla dövlət siyasətinin bir çox aspektində mühüm islahatlar həyata keçirib. Onun həyata keçirdiyi islahatlar ABŞ-nin “təsisçi atalar”ın dövlətin ilk yeni yarandığı mərhələlər üçün düşündüyü islahatlarla müqayisə oluna biləndir”, – deyə o vurğulayıb.

Teysin Heydər Əliyevin Sovet İttifaqının Siyasi Bürosunda olduğu müddətdə SSRİ ilə Qərb dövlətləri və NATO arasında nüvə münaqişəsinə yol verməməklə böyük töhfə verdiyini qeyd edib.

“Heydər Əliyev üstün hərbi strateq, möhtəşəm taktikaçı olmaqla Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında cəsarətli və uzaqgörən səylər nümayiş etdirdi. Ölkə bu gün müasir Azərbaycanın ilk prezidenti Heydər Əliyevin dövlət sənəti və uzaqgörənliyi sayəsində BMT-nin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və bir çox digər qlobal təşkilatların üzvüdür. O, bütün ömrünü Azərbaycanın çiçəklənməsi, regional təhlükəsizliyin qorunması və bütün Avropada geosiyasi ittifaqların yaradılmasına həsr etmiş azad fikirli lider idi”, – deyə o əlavə edib.

Amerikalı analitik İrina Tsukerman isə öz növbəsində Azərbaycanın Sovet İttifaqı dövründən və postsovet dövründə qismən erməni işğalı nəticəsindəki ağır dövrdən müasir dövrə keçidində Heydər Əliyevin rolunun böyük olduğunu və bugünkü güclü, müstəqil, təhlükəsiz və çiçəklənən Azərbaycanın təməlinin Ümummilli Lider tərəfindən qoyulduğunu vurğulayıb.

“Bundan başqa, postsovet dövrü beynəlxalq diplomatiya ilə məşğul olmaq, eləcə də milli suverenliyə və ölkənin ərazi bütövlüyünün qarşısındakı təhdidlərin aradan qaldırılması üçün ittifaqlar yaratmaq zərurəti il ə səciyyələnirdi. Eyni zamanda təbii resurslardan istifadə üzrə səylər göstərilir və bütün bunlar erməni işğalı nəticəsində yaranmış məcburi köçkün böhranı ilə mübarizə şəraitində baş verirdi. Bundana başqa, Azərbaycan hətta postsoovet dövründən muras qalan iqtisadi problemləri aradan qaldırmağın lazım olduğu ən ümidsiz vaxtlarda belə, tam müstəqil obraz nümayiş etdirib”, – deyə o qeyd edib.

Tsukerman Azərbaycanın Heydər Əliyevin rəhbərliyi altında suverenlik yolunda sarsılmaz olduğunu əlavə edib.

“Azərbaycan eyni zamanda NATO-nun mühüm tərəfdaşı qismində özünü təsdiqləyərək Qərbə yaxınlaşdı. Azərbaycan çağırışların qarşısında mətanət göstərməklə regional sabitliyin məşəlinə çevrildi. Ölkə Qoşulmama Hərəkatında fəal iştirak etməklə son nəticədə hərəkatın aparıcı qüvvəsinə çevrildi və Avropa, ABŞ, Yaxın Şərq və digər dövlətlərlə münasibətlərin müxtəlif balansında öz qlobal rolunu möhkəmləndirdi”, – o deyib.