Heydər Əliyev Fondu: Ənvər Həsənovun ailəsinə dəstək göstərilir

 

 

Xalq artisti Ənvər Həsənovun səhhəti ağır olaraq qalır. Globalinfo.az bildirir ki, aktyorun qızı APA-ya istinadla açıqlamasında deyib ki, bu gün atasının “Covid-19” testi də pozitiv çıxıb. O, atasının müalicəsinin davam etdirildiyini söyləyib.

Heydər Əliyev Fondundan APA-ya bildirilib ki, aktyorun ailəsi müalicəyə yardım etmək üçün müraciət edib. Fond da, öz növbəsində, ailəyə dəstək göstərir.

Qeyd edək ki, Xalq artistinin səhhətində bir neçə gün öncə ciddi problem yaranıb. O, hazırda Mərdəkanda xəstəxanada müalicə alır.