Həyat yoldaşını öldürən şəxs saxlanıldı

Bakının Xətai rayonunda qətl hadisəsi törədilib.

Bu barədə Globalinfo.az-a DİN Mətbuat Xidmətindən bildirilib.

“Keçmiş həyat yoldaşını, 1983-cü il təvəllüdlü Raminə Qəribovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü İlqar Qəribov polis əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılıb”, – məlumatda deyilir.