Gənclər hərəkətdə olan avtomobilin üzərində içki məclisi təşkil ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, sürücü barəsində tədbir görülüb:
“Sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb. Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin avtomobilin sürücüsü müəyyən edilib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb”.
Həmin görüntüləri təqdim edirik: