Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.
Globalinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə atıcı silahların, qumbaratanların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir.
Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi onların döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdririlməsidir.