Ordumuz bu strateji nöqtəni vura bilərmi? – Ekspert

Karabakh Telecom”un Qarabağda qanunsuz fəaliyyətinin qarşısını necə almaq olar? » Gundeminfo.az

“Xatırlayıram ki, “Starlink” peykindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq məqsədilə İlon Mask Krım üzərində peyklərini deaktiv etmişdi. Buna görə hələ də onun başı qalmaqaldadır, hətta ABŞ senatı indi də bunu müzakirə edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, II Qarabağ savaşında 20 il qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom”dan hərbi məqsədlər üçün açıq-aşkar istifadə edilirdi:

“Hətta bunu tam reallaşdırmaq üçün o zaman Arutyunyan bu mobil operatoru tam olaraq sahiblərinin əlindən zorla almış və özəlləşdirmişdi. İndi sual olunur ki, antiterror əməliyyatları çərçivəsində “Karabakh Telecom”un baza stansiyaları vurula bilərmi?

Düşünürəm ki, qeyri-qanuni silahlı qruplaşmalar bu mobil rabitə və internet infrastrukturundan qeyri-mülki məqsədlər üçün, hərbi və diversiya məqsədləri üçün açıq-aşkar istifadə etdiklərinə görə ümumiyyətlə bu operator beynəlxalq normalara zidd fəaliyyət göstərdiyinə görə onun fəaliyyəti məhdudlaşdırıla bilər və bu, doğru olardı”.

Qeyd edək ki, hazırda Qarabağda mobil rabitənin dayandığı bildirilir.

Zaira Akifqızı
Globalinfo.az