669c8e5f77584669c8e5f775851721536095669c8e5f77582669c8e5f77583

21 iyul 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.

DİM-dən Globalinfo.az-a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

Paylaş: