Hərbi ekspert elan etdi: “Buranı dərhal vurmalıyıq!”

“Krım körpüsünə hücum üçün mükəmməl vaxtdır”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Onu zədələmək üçün gücümüz və vasitəmiz var. Körpünün vurulmaması hərbi qərardan daha çox, siyasi xarakter daşıyır.

Struktur texniki cəhətdən o qədər mürəkkəbdir ki, bu körpüdəki hər hansı partlayış onun işinin dayanmasına və uzunmüddətli təmir-bərpa işlərinə səbəb ola bilər”, – Jdanov əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az