Hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi – FOTOLAR

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib.

Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirilibHərbi attaşelərlə ilin yekununa dair toplantı keçirilibHərbi attaşelərlə ilin yekununa dair toplantı keçirilib