Hərbi attaşelər Sarıbabada mina sahəsinə baxış keçirdi – YENİLƏNİB

 

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçiriblər.

Müdafiə Nazirliyindən Globlinfo.az-a verilən məlumata görə, MN-in təşkilatçılığı ilə keçirilən səfərdə nümayəndələrə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ətraflı məlumat verilib.

***13:47

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan mina sahələrinə baş çəkiblər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri hərbi attaşeləri və jurnalistləri Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkarlanan minalar barədə məlumatlandırıblar.

Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələri ərazidə aparılan minatəmizləmə tədbirləri tanış olublar.

***11:43

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirmək üçün noyabrın 24-də Sarıbaba istiqamətinə yola düşüblər.

Globalinfo.az bildirir ki, bu barədə MN məlumat yayıb.

Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələrinə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ərtaflı məlumat veriləcək.

***10:54

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşa şəhərində olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hərbi attaşelər Şuşadan Laçına yola düşüblər.

Onlar erməni silahlı dəstələrinin Laçın rayonunun Sarıbaba yüksəkliyində minaladığı ərazilərə baxış keçirəcək.

Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirəcək - FOTO Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirəcək - FOTO Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirəcək - FOTO

Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçirəcək - FOTO - YENİLƏNİB