Hərbçimiz özünü güllələdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlu intihar edib.

Hərbi Prokurorun böyük köməkçisi Firad Əliyev Globalinfo.az-a açıqlamasında bildirib ki, əsgərin 09 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olanməlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedilib, zəruri hərəkətlər icra olunub.

Firad Əliyev qeyd edib ki, fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.