cin11

Çin Xalq Respublikasında keçirilən “Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq”da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib.

36 ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb.

9e45d2130fe3b21caed2da0af0e0d8cec11c504c853eb9f7b9ec8a29cd7e93c7

Paylaş: