Azərbaycan hərbçiləri Britaniya və Çexiyanın təşkil etdiyi Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursunu tamamlayıblar.
Globalinfo.az xəbər verir ki, bunu bağlı Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould bildirib.
O qeyd edib ki, praktiki təlimlər dörd həftə davam edib və bu gün başa çatıb:
“BMT kodeksinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edən 4 həftəlik təlim Britaniya və Çexiya təlimçiləri tərəfindən uğurla həyata keçirilib”.