Hərbçilərimiz Cermukdan ilginc kadrlar yaydı: “Başa düşürsən bu nə deməkdir?” – VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Ermənistanın Cermuk rayonu istiqamətində çəkilmiş ilginc video paylaşıblar.

Globalinfo.az xəbər verir ki, videoda Ağrı dağı göz məsafəsindən aydın görünür. Videonu yayan hərbçimiz kadr arxasından maraqlı şərh verir. Ehtimal ki, videonu çəkən hərbçi bunu yaxınına göndərir. Çünki müraciət birinci şəxsin təkində edilir.

Videodakı səsin yazılı formasını kiçik ixtisarla təqdim edirik:

“İndi gəl sən fikirləş ki, Cermukdan ərazisindən Ağrı dağı görünür. Başa düşürsən bu nə deməkdir? Bu da Ağrı dağı. Ağrı dağı Cermuk ərazisindən. Kəlbəcər. Bax belə. Bir tərəf Türkiyədir, bir tərəf Ermənistan, Kəlbəcərdən də görünür Ağrı dağı…”

 

Gülnar Səlimova
Globalinfo.az