Ermənistan hərbçimizi həbs etdi: bunda ittiham edilir – FOTO

Fevralın 28-də əlverişsiz hava şəraitində yolu azaraq Ermənistan sərhəddini keçən azərbaycanlı hərbçi həbs edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, azərbaycanlı hərbçi Ruslan Eldəniz oğlu Pənahova qarşı qondarma, saxta maddələrlə cinayət işi açılıb.

Hərbçi təxribata cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz odlu silah, döyüş sursatı gəzdirmə və daşıma, qanunsuz yolla Ermənistan sərhədini keçmək, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirməkdə ittiham olunur.

Xatırladaq ki, fevralın 28-də əsgər Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisində xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ayşən Mustafa
Globalinfo.az