
ABŞ-ın faydalı qazıntılarla bağlı bütün təkliflərinə razılıq verməyəcəyik.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“ABŞ-ın faydalı qazıntılarla bağlı bütün təkliflərinə razılıq verməyəcəyik, lakin bununla bağlı danışıqlar aparmağa hazırıq”, – prezident qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevə özü ilə razılaşma sənədini gətirib, bu gün Ukrayna üzərində düzəliş edərək həmin sənədi ABŞ-a təqdim edib.
Aysel Əliyeva
Globalinfo.az