“Hər şey Nikol Paşinyanın çıxışından sonra oldu… “- Sabiq baş nazir


“Ermənistan Xarici İşlər Nazirliyi sadəcə rusların qayğısına qalır. 2 gün öncə baş nazir Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan etdi, beləliklə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quruldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

“Hazırda Laçın dəhlizinin iki hissəsində azərbaycanlılar var, onlar nəzarət edirlər. Ermənistan XİN nəhayət ki, bu məsələ ilə bağlı Rusiya Federasiyasına çağırış etdi. Bizim Xarici İşlər Nazirliyimiz sadəcə olaraq rusların qayğısına qalır. Hər şey Paşinyanın parlamentdəki çıxışından sonra baş verdi. Baş nazir orada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bildirdi. Paşinyan mövcud vəziyyətin xaç atasıdır” – deyə, o, bildirib.

Qeyd edək ki, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilib.

Ayşən Mustafa
Globalinfo.az