Gemini Generated Image gfpl50gfpl50gfpl

Türkiyənin Çorum vilayətinin Alaca rayonunda erotik alt paltarı mağazasının açılışı qeyri-adi mərasimlə yadda qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Qeyd olunub ki, mağazanın açılışında yerli rəsmilər, o cümlədən şəhər meri və rayon administrasiyasının nümayəndələri iştirak ediblər.

Mərasim zamanı əvvəlcə dua oxunub, daha sonra isə qırmızı lent kəsilərək mağazanın açılışı elan edilib. İştirakçılar yeni biznesə uğurlar arzulayıblar.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər mağazanın açılışının dini dua ilə müşayiət edilməsinə istehzalı münasibət bildiriblər.

IMG 2841

Tahir Turan
Globalinfo.az

Paylaş: