İran Silahlı Qüvvələri davam edən zərbələr fonunda Birləşmiş Ştatların ünvanına sərt təhdidlər yağdırıb.
Globalinfo.az xəbər verir ki, bu dəfə İran Silahlı Qüvvələrinin “Hatəm əl-Ənbiya” mərkəzi qərargahının rəhbəri, general-mayor Əli Abdullahi hədələrlə çıxış edib.
O bildirib ki, İran ABŞ-ın zərbələri nəticəsində həlak olan hər vətəndaşına görə bir amerikalı hərbçini məhv etmək niyyətindədir.
“Effektivliyini düşmənə praktiki forrmada sübut etdiyimiz qaydanı bu andan etibarən döyüş meydanında sınaqdan keçirəcəyik. İslam Respublikasının öldürülən hər qürurlu vətəndaşı müqabilində bir Amerika hərbçisi o dünyaya göndəriləcək. Biz sizin üçün cəhənnəmə pulsuz və birbaşa biletlər hazırlamışıq”, – deyə Abdullahi vurğulayıb.
Əliyar Xəlil