2 60 900x605 1

Prezident Volodimir Zelenski bildirib ki, NATO və Ukrayna birlikdə müasir müharibənin yaratdığı çağırışlara qarşı effektiv mübarizə apara bilər.

Globalinfo.az xəbər verir ki, Zelenski bu fikirləri NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının 36-cı sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda səsləndirib.

“Biz NATO-nun kollektiv müdafiə sisteminin bir hissəsi olmalıyıq. Bu, hamımızı daha güclü edəcək”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski Ukraynaya, eləcə də ölkəsinin müdafiə sənayesi şirkətlərinə göstərilən marağa görə təşəkkür edib. Onun sözlərinə görə, Ukraynanın müdafiə sənayesi imkanları Avropanın ən güclülərindən biridir və müasir döyüş meydanında öz effektivliyini sübut edib.

Prezident qeyd edib ki, hazırda müharibələrin aparılması istiqamətində inqilabi dəyişikliklər baş verir. O bildirib ki, döyüş mühitindəki transformasiya miqyasına görə Birinci Dünya Müharibəsi dövründə baş verən dəyişikliklərlə müqayisə oluna bilər.

Ukrayna liderinin sözlərinə görə, bu gün xüsusilə pilotsuz uçuş aparatları, uzaq məsafədən idarə edilən döyüş vasitələri və ümumilikdə hərbi texnologiyalar sahəsində ciddi yeniliklər müşahidə olunur.

Zelenski vurğulayıb ki, Ukrayna özünümüdafiə məqsədilə müharibə aparır. O iddia edib ki, Ukrayna hərbçiləri hər ay təxminən 30 min Rusiya əsgərini zərərsizləşdirir və onların əksəriyyəti pilotsuz uçuş aparatları vasitəsilə sıradan çıxarılır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: