522807851 1178549407647362 1724423261337092487 n

“Bugünkü Şuşa Qlobal Media Forumu süni intellektə həsr olunub. Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

“Bu gün süni intellekt ətrafında müxtəlif müzakirələr gedir. Bu təhdiddir, yoxsa fürsət? Və mən burada texnologiyalara qarşı mübarizəyə çağırmıram. Süni intellekt şübhəsiz ki, bir çox şeyi dəyişir, o cümlədən dini inanclarımıza və baxışlarımıza münasibətimizi. Həqiqət artıq əvvəlki kimi deyil. Bu gün həqiqət, həqiqətən də nadir və qiymətli bir dəyərə çevrilib. Hazırda o da ciddi risk altındadır”,- o qeyd edib.

Paylaş: