Hepatit diaqnozu qoyulan uşaqlardan biri evə buraxıldı, digərləri…

Kəskin virus hepatiti diaqnozu ilə Mingəçevir şəhərindən Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilən 6 nəfərdən (4-ü oğlan, 2-si qız olmaqla) biri evə buraxılıb.

Globalinfo.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib. O qeyd edib ki, bir nəfərin vəziyyətində yaxşılaşma müşahidə olunur.

“Digərlərinin vəziyyəti stabil olaraq qalır. Hər birinin müayinə və müalicələri davam etdirilir”, – deyə o qeyd edib.