1699892085 4786289

UFC-nin hazırkı orta çəki üzrə çempionu, 31 yaşlı Həmzət Çimayevin Çeçenistanın Qroznı şəhərində baş verən avtomobil qəzasında öldüyü bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli “NIYSO” nəşri məlumat yayıb.

Mənbənin iddiasına əsasən, MMA və UFC ulduzu qəzadan sonra keçmiş rəqibi tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

“NIYSO”nun məlumatında qeyd olunur ki, kortej yüksək sürətlə hərəkət edərkən qəfil maneəyə dəyib və nəticədə bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Mənbə hadisə nəticəsində xeyli sayda ölən olduğu barədə məlumatlar aldıqlarını iddia edir.

Qeyd edək ki, qəza zamanı avtomobildə Çeçenistan rəhbəri Ramzan Kadırovun 20 yaşlı oğlu Adam Kadırov da olub. Onun səhhəti ilə bağlı hər hansı rəsmi məlumat açıqlanmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: