antt

Argentina millisinin kapitanı Lionel Messi FIFA Dünya çempionatları tarixinə qaçırdığı penaltilərlə də düşüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 39 yaşlı hücumçu 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misirə qarşı keçirilən görüşdə penaltidən yararlana bilməyib.

Bununla da Messinin dünya çempionatlarında yerinə yetirdiyi 8 penaltnin 4-ü uğursuz olub.

Belə ki, ulduz futbolçu ilk dəfə 2018-ci il dünya çempionatında İslandiya ilə oyunda penaltini qaçırıb.

2022-ci il mundialında isə Səudiyyə Ərəbistanı, Niderland, Xorvatiya və Fransa ilə görüşlərdə penalti zərbələrini dəqiq yerinə yetirib. Həmin turnirdə Polşa ilə qarşılaşmada penaltidən yararlana bilməyib.

2026-cı il dünya çempionatında Avstriya və Misirlə matçlarda da penalti zərbələrini qola çevirə bilməyən argentinalı futbolçu mundiallar tarixində ən çox penalti qaçıran oyunçu olub.

Paylaş: