Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı universitet illərində 40 rubl artırılmış təqaüd aldığı vaxtları xatırlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Gənc Alimlərin V Qurultayında danışıb.
“Mən bir dəfə 40 rubl artırılmış təqaüd aldım və buna çox sevindim. O zaman, həqiqətən də, sevincimin həddi-hüdudu yox idi”, — Putin deyib.
Dövlət başçısı gənc alimlərin dövlət dəstəyini hiss etdiklərinə ümid etdiyini vurğulayıb. Putin xatırladıb ki, 2024-cü ildən Rusiyanın yeni regionları da daxil olmaqla, təxminən 1000 aspirant ayda 75 min rubl təqaüd alacaq.
Tahir Turan
Globalinfo.az