Həmin terrorçular psixotrop dərman qəbul ediblər? – Ekspertiza rəyi

Moskva vilayətində “Krocus Sity Holl” konsert zalında terror törədənlər hücumdan əvvəl psixotrop maddələrdən istifadə ediblər.

Globalinfo.az bildirir ki, bu barədə “112” “Telegram” kanalı xəbər verib.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ekspertiza nəticələrini alıblar. Təhlillər terrorçuların qanında aqressivliyi artıran və ehtimal ki, qorxu, özünü qoruma instinktini söndürən narkotik maddələrin olduğunu göstərib.