Həmin məbləğ onkoloji xəstələrin dərmanlarına belə çatmaz – Deputat

“Dövlət büdcəsindən onkoloji xidmət üçün 50 milyon manat vəsait ayrılıb. Lakin onkoloji xəstəliklərin müalicəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün həmin vəsait azdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

Deputat qeyd edib ki, həmin məbləğ onkoloji xəstəlikdən əziyyət çəkənlərin dərmanlarına belə çatmaz: “Təbii ki, bu artımı hökumət və Maliyyə Nazirliyindən gözləmirik, düzdür, arta da bilər. Ümumilikdə isə bu problemin həlli onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunması ilə mümkün ola bilər”.