“İnter Mayami”nin futbolçusu Lionel Messi “Barselona”nın oyunçusu Lamin Yamalın ona bənzədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.
“Mənim üçün Lamin yeni nəslin ən yaxşısıdır. O, mənə gəncliyimi xatırladır”, – Messi deyib.
Qeyd edək ki, Messi 2003-cü ildən 2021-ci ilə qədər”Barselona”nın böyüklər komandasında oynayıb.
Bu müddət ərzində o, 835 oyun keçirib və 709 qol vurub.
Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasını, 2022-ci ildə Argentina ilə Dünya Kubokunu, iki dəfə “Kopa Amerika”nı və səkkiz dəfə “Qızıl top”u qazanıb.
Əliyar Xəlil
Globalinfo.az