88

Pirşağıda arabaya qoşularaq istifadə edilən at IDEA-nın təşəbbüsü ilə Bakı Zooloji Parkına yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə IDEA İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, quruma daxil olan vətəndaş müraciətləri və sosial media paylaşımları əsasında Pirşağıda yerləşən IDEA İctimai Çimərliyinin ərazisində arabaya qoşularaq istifadə edilən at ərazidən götürülərək Bakı Zooloji Parkına təhvil verilib.

Baytar mütəxəssisləri tərəfindən at müayinə olunub, qoşqudan yaranmış yaraları işlənilib, heyvana yem və su verilib. Hazırda at baytar nəzarətindədir və müalicəsi davam etdirilir.

IDEA vətəndaşları təbiəti qorumağa bir daha çağırır və heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.

786313689 18618176623057690 4518598854033932718 n
786827887 18618176614057690 9090630682185295017 n
786391022 18618176599057690 5443795813235320304 n
786391023 18618176590057690 5061648343742676694 n

Paylaş: