netanyahu 3 900x506 2

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza üzrə Sülh Şurasının ali komissarı Nikolay Mladenov və onun komandası ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, tərəflər ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzzanın müharibədən sonrakı bərpası ilə bağlı irəli sürülən 20 maddəlik planın icrasını müzakirə ediblər.

Hazırda Qəzza sektorunun ərazisi təxminən bərabər şəkildə İsrail qüvvələri ilə Hamas arasında bölünüb.

Mladenov görüşü müsbət və məzmunlu adlandıraraq, tərəflərin sülh prosesinə sadiq qaldığını bildirib. Lakin HƏMAS-ın silahsızlaşdırılması əsas fikir ayrılığı olaraq qalır. Qruplaşma “Sülh Şurası”nın silahların mərhələli şəkildə təhvil verilməsi təklifini qəbul etməyib və Fələstin dövlətinin yaradılmasında israr edir. Bu isə İsrail hökuməti üçün qəbuledilməz sayılır.

Mladenov vurğulayıb ki, HƏMAS siyasi hərəkat kimi yox olmağa məcbur deyil, lakin silahsızlaşdırılmalıdır.

Onun sözlərinə görə, Qəzzada atəşkəs rejimi ümumilikdə qorunur, baxmayaraq ki, vəziyyət ideal deyil. O həmçinin qeyd edib ki, anklavda dağıntıların aradan qaldırılması uzun vaxt tələb edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: