HƏMAS-la İsrail arasında girovların mübadiləsi…

h

İsrail tərəfi 369 nəfər fələstinli məhbusu azad edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, proses tərəflər arasındakı anlaşma çərçivəsində baş tutub.

Azad edilən fələstinlilərə “Biz nə unudacağıq, nə də bağışlayacağıq” yazılan köynəklər geyindirilib.

Qeyd edək ki, onların 36 nəfəri ömürlük həbsə məhkum edilmişdi.

***12:44

HƏMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri – Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, proses insidentsiz baş tutub.

S. Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Növbəti mərhələdə onlar İsrailə aparılacaq.

Xatırladaq ki, Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

HƏMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

X X X

Rusiya vətəndaşı da daxil olmaqla, HƏMAS-ın əlində olan girovların təhvil verilməsi prosesi başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, proses televiziya kanalları vasitəsilə yayımlanır.

HƏMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri – Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.

S. Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Onlar İsrail Müdafiə Qüvvələrinə təhvil verildikdən sonra İsrailə aparılacaq.

Bu, İsrail-HƏMAS arasında girov-məhbus mübadiləsinin 6-cı mərhələsidir. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

Qeyd edək ki, HƏMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.