HƏMAS komandirlərindən biri məhv edildi

İsrailin Livanın şərqinə etdiyi hava hücumu nəticəsində HƏMAS komandirlərindən biri məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat dərc edib.

Məlumata görə, HƏMAS hərəkatının komandiri Şurahbil əs-Seyid Livanın şərqindəki Beka əyalətinin Əl-Məsna bölgəsinə edilən hava hücumu zamanı öldürülüb.

HƏMAS komandirindən başqa onu müşayiət edən silahlılar da zərərsizləşdirilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az