HƏMAS İsrailin atəşkəs təklifindən narazıdır – “Zəmanət yoxdur”

hamas i izrail

HƏMAS İsrailin Qəzza zolağında atəşkəslə bağlı təqdim etdiyi son təklifdə müvafiq zəmanətlərin yer almadığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, hərəkatın açıqlaması teleqram kanalında yayılıb.

“Yeni atəşkəs təklifi HƏMAS-ın silahsızlaşdırılması və israilli əsirlərin azad olunması tələbini ehtiva edir. Lakin bu təklifdə nə müharibənin tamamilə dayandırılacağına, nə də İsrail qüvvələrinin Qəzzadan çıxarılacağına dair hər hansı real zəmanət var”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, HƏMAS təklifi rədd edib-etmədiyini açıq şəkildə ifadə etməyib.

Aysel Əliyeva
Globalinfo.az